Modern.az

Azərbaycanlı Araz Fransanın "O səs"ini heyran etdi - VİDEO

Azərbaycanlı Araz Fransanın "O səs"ini heyran etdi - VİDEO

Təhsil

7 Fevral 2016, 16:48


Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb.

Modern.az saytı oxu.az-a istinadən xəbər verir ki, şounun şənbə günü yayımlanan efirində səhnəyə çıxan Araz adlı həmyerlimiz ifası ilə jüri heyətini özünə tərəf döndərə bilib. 

Səhnəyə Azərbaycan xalqının milli musiqi aləti olan tar ilə çıxan Araz Kris İsaakın "Wicked" kompozisiyasını ifa edib. 

Bütün jüri və tamaşaçıları səsinə heyran edən Araz bildirib ki, onun 25 yaşı var, Bakıdan, Azərbaycandandır. O, yarım ildir ki, fransız həyat yoldaşı ilə Tuluzada yaşayır. 

Həmvətənimizin Fransanın "The Voice" şousunda çıxışını təqdim edirik.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza