Modern.az

Tayvanda zəlzələ qurbanlarının sayı 29 nəfərə çatıb

Tayvanda zəlzələ qurbanlarının sayı 29 nəfərə çatıb

7 Fevral 2016, 18:06



Xarici KİV-lərin məlumatına görə, Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb, onlardan 6-sı uşaqdır. Təxminən 120 insan isə dağıntılar altında qalıb. Axtarış-xilasedici əməliyyatlara 600-dən çox insan, 150-dən artıq texnika cəlb olunub.

ABŞ geoloji xidmətinin məlumatına görə, 6,4 bal gücündə təkanlar ölkənin cənubunda qeydə alınıb. Zəlzələ ocağı on kilometr dərinlikdə yerləşib. Təbii fəlakətdən ən çox Taynan şəhərinin zərər çəkdiyi bildirilir. 

Modern.az
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza