Şimali Koreyanın bu gün sınaqdan keçridiyi ballistik raket sınağı BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantı keçirməsinə səbəb olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, toplantıda Şimali Koreya ilə bağlı qətnamənin müzakirə olunacağı və Pxenyanı bu hərəkətlərdən çəkindirən çağırışların ediləcəyi gözlənilir.
Yaponiya isə Şimali Koreya ilə bağlı daha sərt qətnamənin qəbul edilməsini tələb edir.
Fransanın BMT-dəki nümayəndəsi Fransua Delattr bəyan edib ki, beynəlxalq aləm Pxenyanın bu hərəkətlərinə zəiflik nümayiş etdirməməlidir.
Fransalı diplomat deyib ki, Şimali Koreya ilə bağlı qətnamə nə qədər tez qəbul edilərsə, bir o qədər yaxşı olar.
Qeyd edək ki, Şimli Koreyanın ballistik raketi sınaqdan çıxarması beynəlxalq aləmdə ciddi rezonansa səbəb olub. Nəticədə BMT TŞ bazar günü öz növbədənkənar toplantısını çağırmalı olub.
Modern.az