Modern.az

"Taliban"ın girov götürdüyü 80 nəfər azad edilib

 "Taliban"ın girov götürdüyü 80 nəfər azad edilib

Təhsil

8 Fevral 2016, 01:08

 

Əfqanıstanın polis əməkdaşları "Taliban" terrorçuları tərəfindən ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətində oğurlanan 80 nəfəri uğurlu əməliyyat nəticəsində azad edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, terrorçular bazar günü içərisində dinc sakinlərin olduğu iki avtobusu saxlayaraq oradakı bütün insanları oğurlayıblar.

Polis girov götürülən insanların axtarışı və azad edilməsi üzrə əməliyyata başlayıb. Bir neçə saatdan sonra o uğurla başa çatdırılıb. Bununla belə, onların bildirdiyinə görə, iki nəfər hələ də taliblərin girovluğunda qalmaqdadır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza