Modern.az

Rusiyadakı azərbaycanlı müftidən maraqlı KƏŞF - FOTO

Rusiyadakı azərbaycanlı müftidən maraqlı KƏŞF - FOTO

Təhsil

8 Fevral 2016, 11:14


Rusiyadakı yeganə azərbaycanlı mufti, Çelyabinsk vilayətinin Çebarkul şəhərindəki Əl-Amin məscidinin imam-xətibi Vüqar Əkbərov yeni ixtirası ilə diqqət çəkib.

Modern.az ыфнеж Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı mufti 100 litr su tutumu olan samovar hazırlayıb. Əvvəllər mühəndis olan Vüqar Əkbərov öz çertyojları əsasında çəkdiyi sxemlə Aşa metalurq zavoduna samovar sifariş edib.

Onun sözlərinə görə, İslam dini ilə bağlı bayramlara yüzlərlə insan gəldiyi üçün onlara çay vermək həmişə mümkün olmurdu. Samovar və çaydanların aztutumluluğunu nəzərə alan mufti 100 litrlik samovar hazırlayıb.



Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza