Modern.az

Siqaretlər ucuzlaşdı

Siqaretlər ucuzlaşdı

Təhsil

8 Fevral 2016, 11:55


Fevralın 8-dən etibarən Azərbaycanda tütün və tütün məhsulları ucuzlaşıb.

Modern.az saytının əməkdaşı Bakının bir sıra satış məntəqələrində apardığı müşahidə zamanı markasından asılı olaraq siqaretlərin qiymətinin 25-30 faizə qədər ucuzlaşdığının şahidi olub.

Satıcılar ucuzlaşmanı firmaların tütün və tütün məhsullarının topdansatış qiymətlərini endirmələri ilə əlaqələndiriblər.

Qeyd edək ki, 2015-ci il dekabr ayının sonlarında siqaretin qiyməti təxminən 20 faiz, 2016-cı il yanvar ayının ortalarında isə daha 25 faiz bahalaşmışdı.    

Gülşən RAUFQIZI  

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza