Dünyanın ən böyük bəlalarından birinə çevrilən İŞİD qruplaşması növbəti cinayətə imza atıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma İraqın Mosul şəhərində 300 nəfəri edam edib.
İraq ordusuna yardım edən hərbi dəstələrdən birinin komandiri Mahmud əs-Surci edam olunanların əksəriyyətinin polis, hərbçi və fəal vətəndaşlar olduğunu deyib.
Mosul İraqın ən böyük ikinci şəhəridir və 2014-cü ilin iyunundan İŞİD-in nəzarəti altındadır. Rəsmi Bağdad 2016-cı ilin yanvarından şəhərin azad olunmasına başlayacağını deyib.
Vüqar İsmayılov