Modern.az

Bakıda bu siqaretlərin qiyməti endirildi - SİYAHI

Bakıda bu siqaretlərin qiyməti endirildi - SİYAHI

Təhsil

8 Fevral 2016, 14:25


“Japan Tobacco International" (JTI) şirkətinə məxsus bir sıra brendlərə aid siqaretlərin Azərbaycan bazarında satış qiyməti azalıb.

Şirkətdən Modern.az saytına verilən məlumatda deyilir ki, məhsulların qiymətləri ucuzlaşdırılarkən əsas iki amil nəzərə alınıb:

"Bunlardan biri alıcılıq qabiliyyəti, digəri isə qiymətlərin bahalaşmasından sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayının artması ilə bağlı olub. Bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib. JTI məhz bu amillərin qarşısını almaq məqsədilə belə bir addım atmalı olub".

Qeyd edək ki, şirkətə məxsus siqaret çeşidlərində, xüsusən də "Winston" (15%), "Sobranie" (29%), "Camel" (14%) üzrə ucuzlaşma qeydə alınıb.

"Sobranie" markalı siqaretin qiyməti 7 manatdan 5 manata, "Winston"unku 3,30 manatdan 2,80 manata, "Camel"in qiyməti isə 3,50 manatdan 3 manata düşüb", - deyə əlavə edilib.

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza