Modern.az

“Azərbaycan Dəmir Yolları”nda sədr müavini dəyişdi - SƏRƏNCAM

“Azərbaycan Dəmir Yolları”nda sədr müavini dəyişdi - SƏRƏNCAM

8 Fevral 2016, 14:46

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini dəyişib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsindən azad edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. Sədrin 1-ci müavini Əlirza Süleymanov, digər iki müavini isə İqbal Hüseynov və Etibar Niftəliyevdir.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?