Modern.az

“Ermənistanlı azərbaycanlıların məsələsini Milli Məclisdə tələsik qaldırmaq olmaz”

“Ermənistanlı azərbaycanlıların məsələsini Milli Məclisdə tələsik qaldırmaq olmaz”

8 Fevral 2016, 15:32

1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımıza Azərbaycan vətəndaşlığı verildi və onların keçmiş Ermənistan SSR ərazisindən deportasiya olunduqlarını təsdiq edən pasportları əllərindən alınaraq, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələri ilə əvəz edildi. Ermənistandan qovulan soydaşlarımız BMT-nin qaçqınlar siyahısına daxil edilməyib. Bunun səbəblərindən biri kimi onların Azərbaycan vətəndaşlığına daxil edilməsini təsdiqləyən sənədin verilməsi göstərilir.

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında təsdiq edir ki, vaxtilə soydaşlarımız Ermənistandan deportasiya olunandan müəyyən müddət sonra onlara vətəndaşlıq statusu verildi.

“Ermənistandan deportasiya olunan soydaşlarımızın Azərbaycan vətəndaşlığına qəbul olunmaları onların qaçqın statusu almalarına təbii ki, mane oldu. Lakin bir sıra arqumentlər, tarixi faktlar var. Mənə elə gəlir ki, tarixi gerçəklik və faktlara söykənərək, onların Ermənistandan deportasiya olunmasını tam mənada sübuta yetirmək mümkündür”.

Deputat bildirib ki, həmin insanların qaçqın statusunun bərpa olunması üçün peşəkar hüquqşunasların yanaşması gərəkdir.

“Başqa ölkələrdə belə faktlar olubmu, nə addımlar atılıb, bərpa olunması üçün nələr edilib-bunlar öyrənilməlidir. Öyrənilmədən Milli Məclisdə bunu qaldırmaq reallığı əks etdirməyəcək. Yəni məsələni qaldırsaq, həmin gün bir neçə mətbuatın gündəmində qalar və sonra yaddan çıxar. Status almaq üçün məsələyə yüksək səviyyədə qayıtmaq lazımdır. Yaxşı olar ki, beynəlxalq hüququ bilən, qaçqınların statusu ilə məşğul olan hüquqşunaslardan bilgi alaq və sonra sistemli iş aparmaq mümkün olsun”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza