Modern.az

Hamını təsirləndirən o Ana... KİMDİR? - Foto+Video

Hamını təsirləndirən o Ana... KİMDİR? -  Foto+Video

8 Fevral 2016, 15:33

Hamıya, xüsusilə internet media və sosial şəbəkə izləyicilərinə tanış tablo...

Manatın devalvasiyası ilə bağlı qiymət artımına etiraz olaraq bir neçə rayonda keçirilmiş etiraz aksiyaları haqda xəbər və rəylərdə bu foto geniş şəkildə tirajlanırdı. Bəzi hallarda fotonun üzərinə

“Bizi döymə, biz çörək istəyirik” sözləri əlavə edilirdi. Mənzərədən belə təsəvvür yaranırdı ki, fotoşəkil Azərbaycanın hansısa rayonunda polis tərəfindən etiraz aksiyasının qarşısı alınarkən çəkilib.  

Turkustan.info saytının əməkdaşı hamını təsirləndirən bu fotoşəkilin harada çəkildiyi ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, əslində, foto Azərbaycanın rayonlarında keçirilən etiraz aksiyalarında çəkilməyib.  

14 mart 2014-cü ildə Türkiyədə - İzmir şəhərində keçirilən bir etiraz piketində qeydə alınıb.  

Polis icazəsiz aksiyaya müdaxilə edir. Bu vaxt ərazidə olan yaşlı bir qadın isə əlində çörəklə polisə təpki göstərir. Polislər isə qadına nəvaziş göstərərək onu sakitləşdirir...  


   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza