Modern.az

Təhsil ekspertindən rektorlara İTTİHAM: Lazımsız kafedralar yaradıblar

Təhsil ekspertindən rektorlara İTTİHAM: Lazımsız kafedralar yaradıblar

8 Fevral 2016, 17:55

“Universitetlərin hazırkı vəziyyətdə birləşməyi hesab edirəm ki, labüddür və bir nümunə kimi Müəllimlər İnstitutunun Pedoqji Universitetə birləşməsini müsbət addım hesab edirəm”.  
Bu sözləri Modern.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib. O qeyd edib ki, bir neçə ali məktəbin, eyni zamanda oxşar kafedraların birləşməsi təhsilin keyfiyyətinə təkan verəcək.

“Bu təcrübə uzun illərdir Qərbdə, inkişaf etmiş ölkələrin tanınmış universitetlərində həyata keçirilir  və kifayət qədər effekt verir.
Artıq müəllim hazırlığı bir ali mətkəbdə həyata keçiriləcək. Baxmayaraq ki, Müəllimlər İnstitutu son dövrlər kifayət qədər inkişaf etmişdi, ora axın olan tələbələrin keçid balları ilbəil yüksəlirdi. Ancaq bu birləşməni rasional addım kimi qiymətləndirirəm. Yaxın gələcəkdə bir neçə universitetin, eyni zamanda yaxşı mütəxissis hazırlayan ali mətkəblərdə fakültələrinin, kafedralarının birləşdirilməsi həyata keçirilməlidir. Aydın məsələdir ki, bir çox rektorlar öz səlahiyyətlərindən istifadə edib çoxsaylı kafedralar yaratmışdılar, ancaq idarəetmə zəif həyata keçirilirdi. Eyni zamanda, başqa ali məktəblərdə mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların eynisi yaradılmışdı. Amma bütün hadisələr göstərdi ki, yaradılmış ixtisaslar üzrə kafedralara  tələbə axınının nisbətən zəif olması professor-müəllim heyətininin mütəxəssis hazırlanmasına imkan vermirdi”.

E.Əliyev qeyd edib ki, hazırda bir çox ali mətkəblərdə kafedraların birləşməsi müsbət haldır.

“Əslində kafedraların birləşdirilməsi rasional idarəni daha da təkmilləşdirir. Kafedraların çoxluğu isə idarəletmənin şaxələnməsinə gətirib çıxarırıdı”.

Təshil eksperti ölkədə təhsil sistemində atılan bu addımları iqtisadi böhranla bağlanılmasına belə münasibət bildirib.

“Hal-hazırda ali məktəblərdə ixtisarın baş verməsi halına rast gəlmirik. Konkret olaraq ixtisarlar aparılmır. Kafedraları birləşən müəllimlər fəaliyyətlərini davam etdirirlər. Bir neçə ali məktəbdə müəllimlərin əmək haqlarının yüksəldilməsi tendensiyası ilə rastlaşırıq, bunlar müsbət haldır. Ancaq təqaüd yaşına çatmış insanlar özləri düşünməlidir ki, yeni nəsil gəlir, istər xarici ölkələrdə təhsil alanlar, istərsə Azərbaycanda təhsil alıb, gənc yaşlarında alimlik dərəcəsi alanların sayı artır.  Yaşlılar öz yerlərini gənc kadrlara verməlidirlər. Belə olmayan halda ali məktəb rəhbərliyi ixtisarlara və həmin şəxslərin kənaralaşdırılması üçün addımlar atır. Təqaüd yaşını keçmiş, fiziki imkanları yol verməyən şəxslərin özləri pedaqoji fəaliyyətdən ayırılmalıdırlar”, deyə E.Əliyev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstititu ləğv edilərək Azərbaycan Pedoqoji Universitetinə birləşidirilib. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində mövcud kafedraların sayı azaldılıb.
Bakı Slavyan Universitetində isə 7  kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib. Ləğv olunmuş fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza