Modern.az

Azərbaycanda baba 16 yaşlı nəvəsini qətlə yetirib

Azərbaycanda baba 16 yaşlı nəvəsini qətlə yetirib

8 Fevral 2016, 18:33



Azərbaycanda dəhşətli cinayətin üstü açılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda qeydə alınıb. Ağdam rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib.

T. Bayramov Ağdam rayonunda torpağa tapşırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində qətlin törədilməsində şübhəli bilinən, T. Bayramovun babası Rafiq Bayramov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza