Modern.az

Azərbaycanda ovda ölən ərəblərlə bağlı AÇIQLAMA: Qanunsuzluq ediblər

Azərbaycanda ovda ölən ərəblərlə bağlı AÇIQLAMA: Qanunsuzluq ediblər

9 Fevral 2016, 12:10


“İmişlidəki kanalda boğulan xarici ölkə vətəndaşlarına rəsmi ov icazəsi verilməyib”.

Bu haqda Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, 8 fevral 2016-ci il tarixində gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarında nazirlik tərəfindən verilən ov icazəsi olmayıb:

“Səudiyyə Ərəbistan və Qətər vətəndaşları olan həmin şəxslər və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal edilir”.

Xatırladaq ki, 8 fevral 2015-ci il tarixində gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza