Modern.az

Bu qanun layihəsi qəbul edilsə, biznes mühiti təkmilləşəcək

Bu qanun layihəsi qəbul edilsə, biznes mühiti təkmilləşəcək

9 Fevral 2016, 12:25


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalar və icazələrin verilməsi haqqında” qanun layihəsi ikinci oxunuşa çıxaırlıb.  

Modern.az-ın məlumatına görə, qanun layihəsi barədə danışan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bura yeni bir müddəa əlavə edilib.  

O qeyd edib ki, qanun layihəsinə görə, əgər müəyyən olunmuş müddətdə icazə verən orqan sahibkarların müraciətlərini cavablandırmırsa, lisenziya avtomatik olaraq verilmiş hesab edilir.  

Yeni müddəaya görə isə lisezniya verilmiş hesab olunduqdan sonra avtomatik olaraq reyestrə daxil edilir.

“Tək səbəb hər hansı yoxlayıcı orqan sahibkarı yoxlayanda lisenziyanın olub-olmadığını avtomatik olaraq elektron portaldan yoxlaya bilsin.  

Digər mühüm yenilik, hər bir sahibkar lisenziya almamışdan öncə metodiki kömək üçün icazə verən orqana müraciət edə bilər. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, sahibkar özünün hazır olub-olmadığını bilmək üçün əlavə xərc çəkmədən, lisenziyanı alıb-almamasına əmin olmaq üçün dövlət orqanı metodiki yardım etməlidir.

Biz o yardım müddətini məhdudlaşdırdıq. Təklifimizə görə bunu 5 gün müəyyən etdik ki, icazə verən orqan və dövlət orqanı 5 gün müddətində sahibkara cavab vermək məcburiyyətində olsun”.  

Sahib Məmmədov bildirib ki, birinci oxunuşdan keçən qanun layihəsi sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində vacib amillərdən biri olan lisenziyalaşdırma sahəsinin təkmilləşdirilməsi üçün vacibdir.  

“Prezidentin 21 dekabr “Lisenziyalaşdırma sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə təsdiq edilmiş qaydalarla lisenziyalaşdırma sahəsi tənzimlənir. Qaydalar təkmilləşdirildi, prosedurlar sadələşdirildi və müəyyən güzəştlər tətbiq olundu.

Həm lisenziyalaların sayının azaldılması, həm də lisenziya verən vahid dövlət qurumu müəyyənləşdirildi,  İqtisadiyyat Nazirliyi tərəfindən, Asan Xidmət mərkəzləri tərəfindən lisenziyaların verilməsinə başlanıldı.

Eyni zamanda dövlət rüsumu iki dəfə aşağı salındı, əgər fəaliyyət regionlarda həyata keçirilirsə, bu 4 dəfə aşağı salınd. Bütün bu məsələr qanunda nəzərdə tutulub”.   Nazir müavini gələcəkdə hər hansı yeni lisenziyalaşdırılan fəaliyyət növünün  təklif olunmasından da danışıb. O deyib ki, bu mütləq qanunla təsdiq edilmiş lisenziyalaşdırılan fəaliyyən növlərinin siyahısına daxil edilməlidir.

“Həmin fəaliyyət növünün siyahısı təsdiq olundu, İqtisadiyyat Naziriliyi tərəfindən icazələrin sayının optimallaşdırılması istiqamətində təkliflər hazırlandı və aidiyyatı üzrə Prezident Administrasiyasına təqdim olundu. Çünki qanun layihəsi ilə birlikdə həm lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı, həm də icazələrin siyahısı təsdiq olunmalıdır.

Qanun layihəsi əbul edildikdən sonra bu siyahılar da təsdiq olunacaq. Ümumilikdə qanun layihəsində beynəlxalq təcrübədə olan standartlara uyğun meyarların öz əksini tapması biznes mühitinin təkmilləşdirilməsi istiqamətində böyük addımlardan ibarət olacaq”.

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza