Modern.az

Ağcabədidə 8 gün əvvəl qaçırılan müəllimə ailəsinə qaytarılıb

Ağcabədidə 8 gün əvvəl qaçırılan müəllimə ailəsinə qaytarılıb

Təhsil

9 Fevral 2016, 13:01


Fevralın 1-də Ağcabədi rayonunda qaçırılan müəllim ailəsinə qaytarılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 3 saylı Ağcabədi şəhər tam orta məktəbinin müəllimi Fəridə Ağayevanı yaxın qohumu Nadir Ağayevin evlənmək məqsədilə qaçırdığı müəyyənləşib. Bildirilir ki, ailə böyükləri onlarla söhbət edəndən sonra qız evlərinə qayıtmağa razı olub. F. Ağayeva polisə izahatında N. Ağayevin onu zorla qaçırmadığını, könüllü getdiyini bildirib. N. Ağayevdən şikayətçi olmayan müəllim valideynləri razılıq verdikləri təqdirdə onunla ailə quracağını bildirib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?