Modern.az

Xəzər Dəniz Gəmiçiliyi hər il 2 gənci xaricdə oxudacaq

Xəzər Dəniz Gəmiçiliyi hər il 2 gənci xaricdə oxudacaq

Təhsil

10 Fevral 2016, 10:39



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi gənclərin dənizçilik sahəsində qabaqcıl beynəlxalq təcrübəyə daha dərindən yiyələnməsi, onların Gəmiçiliyin gələcək inkişafında fəal iştirakına  şərait yaradılması istiqamətində yeni bir addım atıb.
Gəmiçiluiyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, istedadlı və perspektivli gənclərin xarici dövlətlərin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədilə Təqaüd Proqramı təsis edilib.

Yeni Təqaüd Proqramı çərçivəsində hər il 2 gəncin Gəmiçiliyin vəsaiti hesabına xarici ölkəyə oxumağa göndərilməsi nəzərdə tutulub. Namizədlərə müəyyən tələblər də müəyyənləşdirilib. Belə ki, onlar bakalavr dərəcəsinə malik olmalı, seçilmiş ali təhsil müəssisəsində tələb olunan xarici dili bilməli, təhsilini bitirdikdən sonra respublikamıza qayıdaraq, 5 il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işləməlidirlər.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza