Modern.az

İsveç Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir

İsveç Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir

Təhsil

10 Fevral 2016, 13:43

İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir.

Trend-in məlumatına görə, bunu Bakıda İsveçin xarici işlər naziri Marqot Vallström azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsveç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına töhfə verə bilər.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövqeyi aydındır - Madrid prinisipləri baza sənədidir. Bunu isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Valstremlə görüşdə deyib.

Azərbaycan XİN-in "Tvitter"dəki rəsmi mikrobloqunda deyilir ki, nazir dövlətlərin beynəlxalq tanınmış sərhədlərin dəyişdirilməsi üçün güc tətbiqinin qəbuledilməz olduğunu bildirib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza