Modern.az

Nazir istefaya göndərilir

Nazir istefaya göndərilir

10 Fevral 2016, 14:03


Ermənistanın elm və təhsil naziri Armen Aşotyanın bu gün istefa verməsi barədə məlumat yayılacaq.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onu bu vəzifədə “Daşnaksütyun” partiyasının nümayəndəsi Levon Mkrtçyan əvəz edəcək.

Erməni jurnalistlərin məlumatına görə, Aşotyanın istefası barədə məlumat bu gün axşam Ermənistan Respublika Partiyasının İcraiyyə orqanı tərəfidən elan olunacaq.

Ehtimal olunur ki, Aşotyan ya Təhlükəsizlik Komitəsinin katibi yaxud xarici ölkələrdən birinə səfir təyni olunacaq.

Vüqar İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?