Modern.az

Müxalifətin anti-böhran koalisiyası yenə toplandı

Müxalifətin anti-böhran koalisiyası yenə toplandı

Təhsil

10 Fevral 2016, 14:46

Fevralın 10-da  KXCP qərargahında müxalifətin anti-böhran kooalisiyasının nümayəndələrinin növbəti toplantısı keçirilib.
Modern.az xəbər verir ki, toplantıda ölkədə mövcud  iqtisadi -sosial böhran və onun siyasi nəticələri geniş müzakirə edilib. Bu istiqamətdə xüsusi proqramların hazırlanması zəruri sayılıb. Müraciətləri nəzərə alaraq, yerlərdə özünütəşkil böhran masalarının  yaradılması  məqsədəuyğun sayılıb. 21 fefral 2016-cı ildə,  saat 1400-da ADP qərargahında böhranla əlaqədar ictimaiyyətin geniş toplantısında iştirak etmək qərara alınıb. Bir sıra toplantı işrirakçılarının təklifi ilə Rusiya-Türkiyə münasibətləri müzakirə edilib və Rusiya  hakim dairələrinin Qars  müqaviləsi ilə bağlı təxribat xarakterli çıxışları  pislənilib, bu məsələdə qardaş Türkiyəyə dəstək ifadə olunub.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza