Modern.az

Məmurlar niyə iqtidar mediasına yox, müxalifət KİV-lərinə müsahibələr verir? - SƏBƏB

Məmurlar niyə iqtidar mediasına yox, müxalifət KİV-lərinə müsahibələr verir? - SƏBƏB

Təhsil

10 Fevral 2016, 15:08

Son vaxtlar dövlət məmurlarının, ayrı-ayrı nazirlik və komitə rəhbərlərinin müxalifət mətbuatına müsahibələr verməsi adi hala çevrilib. Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan yüksək çinli məmurun müxalifət qəzeti və saytına həvəslə müsahibə verməsi, bu KİV-lərdə foto dərc etdirməsi çoxlarına qeyri-adi gəlir. Çünki əvvəllər bunun əksi müşahidə edilirdi, müxalif mətbuatdan qaçmağa çalışan dövlət qulluqçuları daha çox YAP-ın nəzarətində olan KİV-lərə və rəsmi mediaya çıxmağa üstünlük verirdilər.

Belə görünür ki, müxalifətyönlü və müstəqil KİV-lər hakimiyyət mətbuatının sıxışdırıb. Bəsbu hansı səbbələrdən baş verib?

Media eksperti Qulu Məhərrəmli Modern.az-a açıqlamasında bunun iki səbəbi olduğunu bildirib.

“Görünür hakimiyyət nümayəndələri də belə hesab edirlər ki, iqtidar mətbuatı dediyimiz qəzet və saytlar oxuyan yoxdur. Və ora verilən müsahibələr təsirsiz qalır. Müxalifətyönlü qəzet və saytlarda isə fikir, düşüncə azadlığı var. Məsələnin psixoloji tərəfini bununla izah etmək olar. Amma bütövlükdə götürəndə mətbuatı iqtidar və müxalifətə bölmək doğru deyil. Mətbuat azad olmalıdır, cəmiyyəti doğru-dürüst ifadə etməlidir və burada hökümətin rəsmi şəxsləri, müxtəlif fikir adamları çıxış edib öz sözlərini deməlidir.
Bizdə isə mətbuatımız cəmiyyətimizin strukturuna uyğun olaraq iqtidar və müxalifətə bölünüb. Təəssüf doğuran odur ki, azad mətbuat yoxdur. Nüfuzlu mətbuat orqanlarının sayı azdır. Cəmiyyəti doğru-dürüst ifadə edən KİV nümunləri azalıb”.

Q.Məhərrəmli iqtidar nümayəndələrinin müxalifətyönlü mediaya danışmaqda həvəsli olmasının digər səbəbini onlar haqqında həmin qəzet və saytlarda tənqidi materiallarının getməsi ilə əlaqələndirib.

“Bu da müəyyən dərəcədə rol oynayır. Dövlətdən asılı olan mətbuat orqanları az-az tənqidi materiallar yazırlar. Onların tənqid obyekti məhdud olur. Nisbətən azad mətbuatda mövzu rəngarəngliyi olur, istənilən mövzulara toxunurlar. Diqqət yetirsək görərik ki, 10 il bundan qabaq nüfuzlu rəhbərlər televiziyalarda çıxış edirdi. İndi televiziyalarda ikinci, üçüncü, dördüncü dərəcəli adamlar çıxış edirlər, əsas səlahiyyət sahibləri az hallarda müsahibələr verirlər. Bu, təkcə medianın deyil, bötüvlükdə cəmiyyətin problemidir”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza