Modern.az

İranlı səfri: “Azərbaycan vasitəsilə Gürcüstana qaz verməyə hazırıq”

İranlı səfri: “Azərbaycan vasitəsilə Gürcüstana qaz verməyə hazırıq”

Təhsil

10 Fevral 2016, 15:20

 

İranın Gürcüstandakı səfiri Abbas Talebi-Far ölkəsinin Gürcüstana və bu ölkə vasitəsilə Avropaya qaz verməyə hazır olduğunu deyib.  

Modern.az Gürcüstan KİV-nə isitnadən xəbər verir ki, bu barədə səfir “Rezonans” qəzetinə müsahibəsi zamanı deyib.  

Səfirin sözlərinə görə hazırda Gürcüstana sutkada 11 milyon kub metr qaz daxil olur.

Həmin qazın 6 milyon kub metri Azərbaycandan “Qazax” kəməri vasitəsilə, 3,2 milyon kub metri “Şah Dəniz” xətti ilə, 1,5-2 milyon kub metri isə Ermənistana verilən qaza görə Rusiyanın ödədiyi tranzit qazından ibarətdir.

“Hesab edirik ki, Gürcüstan öz milli maraqları çərçivəsində çıxış etməlidir. İran energetik sferada Gürcüstanla əməkdaşlıq etəməyə və ona daxili istifadə üçün. Həmçinin Avropaya tranzit etməsi üçün kifayət qədər qaz verə bilər”.  

Səfir qazın Azərbaycan yaxud Ermənistan vasitəsilə veriləcəyini deyib.  

“Variantlardan biri Azərbaycan  keçir və artıq bu ölkə İran qazını Gürcüstana öz ərazisi ilə çatdıra biləcəyini bildirib. Ermənistan da öz ərazisini tarnzit kimi bizə təqdim edib”.  

Gürcüstan Rusiyanın qaz nəhəngi Qazpromla uzun müddətdir ki, danışıqlar apaırır.  

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza