Modern.az

"Günəşli" yatağındakı yanğın söndürülüb

"Günəşli" yatağındakı yanğın söndürülüb

10 Fevral 2016, 20:04


 

"Günəşli" yatağındakı 10-cu özüldə yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

Görülən fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, 10 fevral 2016-cı il tarixində saat 19:24-də yanğın tamamilə söndürülüb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?