Modern.az

Azərbaycan və İranın enerji sahələrində böyük layihələri var

Azərbaycan və İranın enerji sahələrində böyük layihələri var

Təhsil

10 Fevral 2016, 21:11

 

“İrana qarşı sanksiyaların aradan qaldırılması İran və Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq. İki ölkə arasında nəqliyyat sahəsində böyük işlər görülür”. Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.  

Nazir vurğulayıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır: “Bu, nəinki tranzit məqsədlər üçündür, eləcə də elektrik enerjisinin Rusiyadan Azərbaycana, Azərbaycandan da İrana ixracını nəzərdə tutur”.

N.Əliyev deyib ki, bu məqsədlə işçi qrupu yaradılıb, hər üç ölkənin energetika nazirləri bunun üzərində işləyir: “Azərbaycan və İranın neft-qaz və enerji sahələrində böyük layihələri var. O cümlədən İran qazının Azərbaycandan tranzit olunması, Azərbaycan qaz anbarlarının İran tərəfindən istifadısi və digər məsələlər gündəlikdədir”.                                                        

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza