Modern.az

Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 108 nəfərə çatıb

 Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 108 nəfərə çatıb

Təhsil

10 Fevral 2016, 21:45

 

Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 108 nəfərə çatıb. Modern.az saytı TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Dağıstan İstehlaka Nəzarət İdarəsinin mətbuat xidmətinin rəhbəri Leyla Tahirova bildirib.

“Bu günədək Dağıstanda 108 nəfər H1N1 virusuna yoluxub, 5 nəfər  xəstəlikdən ölüb. Onların heç biri əvvəl peyvənd olunmayıb”, deyə L.Tahirova qeyd edib.  

Qeyd edək ki, Dağıstanda ilk dəfə xəstəyə “donuz qripi” diaqnozu ötən ilin noyabrında qoyulub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza