Modern.az

ABŞ-ın Nebraska ştatı Xocalı qətliamını pisləyən 18-ci ştat oldu

ABŞ-ın Nebraska ştatı Xocalı qətliamını pisləyən 18-ci ştat oldu

11 Fevral 2016, 10:08

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.

Modern.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə, Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Modern.az-a verilən məlumata görə, bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.

Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.           

Bəyanamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John  Gale) tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza