Modern.az

Nazir və səfir İran-Azərbaycan münasibətlərindən DANIŞIDI

Nazir və səfir İran-Azərbaycan münasibətlərindən DANIŞIDI

11 Fevral 2016, 08:30

10 fevralda Bakıda İran İslam İnqilabının Qələbəsinin 37-ci ildönümü münasibətilə rəsmi mərasim keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, Azərbaycan hökumətinin nümayəndələri, deputatlar və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və İranın dövlət himnləri səsləndirilib. Tədbiri giriş sözü ilə açan İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İslam İnqilabından sonra İranın əldə etdiyi uğurlardan danışıb.

Azərbaycanla İran arasında münasibətlərə toxunan səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir.

M.Pakayin deyib ki, iki ölkənin yüksək rəsmilərinin qarşılıqlı səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verir və əlaqələr bundan sonra da inkişaf edəcək.

Azərbaycan hökuməti adından çıxış edən energetika naziri Natiq Əliyev İranın milli bayramı münasibətilə bütün İran xalqını təbrik edib.

Nazir bildirib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması ölkənin sürətli inkişafına təkan verəcək.

N.Əliyev sonda qeyd edib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza