Modern.az

Xodorkovski beynəlxalq axtarışa verildi

Xodorkovski beynəlxalq axtarışa verildi

11 Fevral 2016, 10:35


“YUKOS” şirkətinin keçmiş prezidenti və siyasətçi Mixail Xodorkovski İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsi yayıb.

Milyarder 1998-ci ildə Nefteyuqansk şəhərinin meri Vladimir Petuxovun öldürülməsini sifariş verən şəxs kimi axtarışa verilib.

“Rusiyanın İnterpol bürosu Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin sorğusu əsasında Mixail Xodorkovskini beynəlxalq axtarışa verib.

Axtarış barədə qərar İnterpolun Liondakı ofisinə göndərilib”.    

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza