Modern.az

Suriyada martın 1-də atəşkəs elan oluna bilər

Suriyada martın 1-də atəşkəs elan oluna bilər

11 Fevral 2016, 12:23


Rusiya martın 1-dən Suriya ərazisində atəşkəs elan olunmasını təklif edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təklif Hələb şəhərinin fasiləsiz bombalanması şəraitində verilib. Ehtimal olunur ki, Sergey Lavrov və Con Kerri bu haqda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriəcəkləri görüş zamanı daha detallı müzakirələr aparacaq.

“Reuters” agentliyinin məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin məsələ ilə bağlı Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirələr də aparır.

Lakin Qərb ölkələri və Suriya müxalifəti bunun üçün ilk növbədə 2 milyon sakinin yaşadığı Hələb şəhərinin ruslar tərəfindən bombalanmamasını və mühasirədə qalan şəhərə humanitar yardımın çatdırılmasını tələb edirlər.

 Sergey Lavrov fevarlın 11-də Avropa Birliyinin baş diplomatı Frederika Moqerini, ABŞ Dövlət katibi Con Kerri və Çin xarici işlər naziri Van İ ilə görüş keçirəcək.

Vüqar İsmayılov

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza