Modern.az

"Dilqəmi görəndə dəhşətə gəldim..."

"Dilqəmi görəndə dəhşətə gəldim..."

11 Fevral 2016, 13:50

“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Dilqəmin şəklini mənə göstərdilər. Hələ də özümə gələ bilmirəm. Qardaşım tanınmaz hala düşüb”

Modern.az xəbər verir ki, bunu AzVision.az-a ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. 

O, Dilqəm Əsgərovun ailəsinə məktub göndərdiyini bildirib.

“Bir ay 20 gündən sonra Dilqəmdən məktub aldıq. Dilqəm məktubda uşaqlarını görmək istədiyini yazıb. Qardaşım məktubda ailəsi ilə “Skype” vasitəsilə danışmaq, onlarla söhbət etmək istədiyini qeyd edib. Dilqəm bütün məktublarında olduğu kimi hamıya salamlarını çatdırıb”.

Qardaşının sözlərinə görə, D.Əsgərov məktubda səhhətində ciddi problemin olmadığını bildirib.

“Dilqəm səhhətinin yaxşı olduğunu desə də, onun vəziyyəti heç də yaxşı deyil. Şəklini görəndə dəhşətə gəldim, qardaşımı tanıya bilmədim.Düşmən əlində olmaq ağır dərddir”, -deyə S.Musayev vurğulayıb.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar.

“Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza