Modern.az

Ukrayna ikinci tranzit qatarı Bakıya yola saldı

Ukrayna ikinci tranzit qatarı Bakıya yola saldı

11 Fevral 2016, 15:04


Ukraynanın İliçevsk dəniz limanından Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yanvarın 7-də yola düşüb. Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, ikinci qatar 11 fevral 2016-cı ildə saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq:

“Qatarın tərkibindəki vaqonlardan 1-i Qazaxıstanın Aktau limanına, 31-i isə  Türkmənistanın Türkmənbaşı limanına – təyinatı üzrə yola salınacaq.

Vaqonların yükü ərzaq məhsullarından və dəmir məmulatlarından ibarətdir”.

Xatırladırıq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvar ayında həyata keçirilmişdi və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdı.

Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib, yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilmiş, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza