Modern.az

Azərbaycanlı ekstrasens qazaxıstanlı tələbənin meyitini tapmağa kömək etdi - TƏFƏRRÜAT

Azərbaycanlı ekstrasens qazaxıstanlı tələbənin meyitini tapmağa kömək etdi - TƏFƏRRÜAT

11 Fevral 2016, 16:28



Qazaxlıstanda azərbaycanlı ekstransens 23 yaşlı tələbənin cəsədini tapmaqda yardımçı olub.

Modern.az saytı Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Ust-Kameneqorsk şəhərindən olan 23 yaşlı Yerasıl Aubakirov fevralın 3-də Astana şəhərində yoxa çıxmışdı. O paytaxtda fəaliyyət gösətərən Tibb Universitetinin 6-cı kurs tələbəsi idi.

Qazax polisi yaydığı xüsusi məlumatla Yerasıl Aubakirovun cəsədinin fevralın 10-da aşkar olunduğunu xəbər verib. Maraqlısı ondadır ki, tələbinin cəsədinin tapılmasında onun axtarışı üçün Bakıdan xüsusi dəvət əsasında aparılan ekstrasens Kamran Səmədov həlledici rol oynayıb.

“İtkin düşmüş tələbənin qohumları fevralın 9-da mənə yardım üçün müraciət etdilər. Səhərisi gün mən artıq Astanada idim. Yerasılın valideynlərinə dərhal dedim ki, onu sağ görmürəm. Xəritədə yer göstərdim və axşama polis orada cəsəd aşkarladı. Mən bilmirəm hüquq-mühafizə orqanları bilərəkdən həmin ərazidə axtarışa başladılar, yoxsa hər şey təsadüfən alındı. İsənilən halda Yerasılın qohumları mənə onun itkin düşdüyü gün müraciət etsəydilər, bəlkə də onu sağ tapardıq. Onu döysələr də, o saat öldürməyiblər”- deyə Kamran Səmədov Qazaxıstan mediasına bildirib.

Kamran Səmədov qazax polisinə müraciət edərək, onun təhlükəsizlyinin təmin olunacağına təminat veriləcəyi halda gənc tələbənin qatillərinin tapılmasında yardımç olacağını deyib.

Artıq Yerasıl Aubakirovu boğaraq öldürməkdə təqsirli bilinən 3 nəfər saxlanılıb.

Yerasıl Aubakirov Ust-Kameneqorsk şəhərində dəfn olunub.


Kamran Səmədov

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza