Terror təhlükəsi olarsa Suriyadakı terror mərkəzlərini vuracağıq. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Hollandiya səfərində deyib.
Baş nazir bildirib ki, Qəndilə qarşı görülən tədbirlər Suriyadakı terror mərkəzlərinə qarşı da keçirə bilər: "Türkiyəyə qarşı hücum təşkil etdiyi üçün İŞİD-in mövqelərini koalisiya təyyarələri ilə necə vurduqsa, Türkiyəyə zərər verən hər terror təşkilatına qarşı da eyni davranış sərgilənəcək. Dostlarımızdan da bizim yanımızda olmasını gözləyirik”.
Əhməd Davudoğlu PYD və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı da tənqid edib: “11 sentyabr terror aktında Türkiyə ABŞ yanında yer aldı, terrora qarşı mübarizəyə dəstək verdi. YPG-nin terror təşkilatı olmadığını iddia etmək terror qarşı mübarizəyə ən böyük zərbədir. PYD Suriyada rejim və Rusiya ilə əməkdaşlıq edərək vətəndaşlara hücum edir. Buna dair sənədlər də ortadadır. Müttəfiqimizdən açıq davranış gözləmək haqqımızdır”.
Modern.az