Modern.az

Sürücülərin cərimələnmə mexanizmi dəyişir-Video

 Sürücülərin cərimələnmə mexanizmi dəyişir-Video

11 Fevral 2016, 23:42

 

Mayın 1-də qüvvəyə minəcək yeni qaydalar mübahisələrə son qoyacaq. Modern.az saytı Xəzər.TV-yə  istinadən xəbər verir ki, sürət həddini müxtəlif dərəcədə aşmağa görə fərqli cərimələr mövcuddur.

Tutaq ki, yolda sürət həddi saatda 60 km nəzərdə tutulub, amma sürücü həmin yolda 80 km/sürətlə hərəkət edib. Yəni 20 km/saat çox. Köhnə qaydalardakı boşluğa görə bu pozuntu ilə bağlı  sürücüyə ya 10 manat, ya da 50 manat və 2 bal cərimə tətbiq edilə bilərdi.

 Mayın 1-dən tətbiq ediləcək qaydalar bu ziddiyyətə son qoyacaq. Yollarda müəyyən olunmuş sürət həddini aşmağa görə sürücülərin cərimələnmə mexanizmi dəyişir. Hazırki İnzibati Xətalar Məcəlləsi qoyulmuş sürət həddini 4 dərəcədə aşmağa görə məsuliyyət müəyyən edir. Bu qaydalar bəzi hallarda cərimənin miqdarı ilə bağlı polislə sürücülər arasında mübahisələrə səbəb olurdu. Mayın 1-də qüvvəyə minəcək yeni qaydalar isə mübahisələrə son qoyacaq.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza