Modern.az

Rəsul Rzanın ev muzeyi ziarət edildi - FOTOLAR

Rəsul Rzanın ev muzeyi ziarət edildi - FOTOLAR

14 Fevral 2016, 13:26

Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə bir qrup şair və yazıçı Göyçay şəhərində xalq şairi Rəsul Rzanın ev muzeyini ziarət edib. Tədbir iştrakçıları əvvəlcə görkəmli sənətkarın büstü önünə gül dəstələri qoyaraq , onun ölməz sənətindən söz açıblar.

Modern.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Respublikasının əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağıarın “Bir nəslin dörd fəsli” adlı kitabının təqdimat mərasımı olub.
Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan Valeh Bahaturoğlu, Gülayə, Sədaqət Vəlioğlu, Aqil Kəngərli, Azərbaycan Qızıl  Aypara Cəmiyyətinin  Regional Mərkəzinin  koordinator- direktoru Vilayət Muradlı, Rəsul Rzanın ev muzeyinin direktoru Solmaz Həsənova və başqaları çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən söz açıblar, məktəblilər Rəsul Rzanın şerlərindən nümunələr söyləyiblər. Yazıçı-pedaqoq Səxavət Tağlar tədbirin keçirilməsinə şərait yaradanlara təşəkkürünü bildirib. Sonda tədbir iştrakçıları muzeyin ekspanatları ilə tanış olublar.





Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu