Modern.az

Dini liderlər arasında tarixi görüş

Dini liderlər arasında tarixi görüş

14 Fevral 2016, 20:01

 

Kubanın paytaxtı Havanada son 1000 ildə ilk dəfə olaraq katolik və provaslav kilsələrinin liderləri arasında tarixi görüş baş tutub. Modern.az saytı BBC-yə istinadən xəbər verir ki, xristianlığın Qərb və Şərq qollarına ayrılmasından sonra bu iki dini liderin arasında olan ilk görüş olub.

Havanadakı Xose Martin hava limanında baş tutan 2 saatlıq görüşdən sonra papa Fransis və rus-provaslav kilsəsinin rəhbəri Kiril 30 maddəlik sənəd imzalayıblar.

Mətbuat konfransında Rus Pravoslav Kilsəsinin rəhbəri görüşün “qardaşlıq” şəratində keçdiyini bildirib. Roma Papası da danışıqları “çox səmimi” adlandırıb.

Sənəddə kilsələrin dağıdılması, Avropanın xristian köklərinə bağlı qalması, Afrikadakı xristianların məruz qaldığı zorakılıq, eləcə də digər qlobal problemlərə toxunulub.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu