Modern.az

Tənha qadını öldürən şəxs yaxalanıb

Tənha qadını öldürən şəxs yaxalanıb

Təhsil

14 Fevral 2016, 20:16

 

Ağcabədidə tənha qadını öldürən şəxs yaxalanıb.  Modern.az  saytı xəbər verir ki, Kamilə Əhmədovanı tanışı olan kişi öldürüb. Bildirilir ki, qatilin K. Əhmədovaya xeyli miqdarda borcu varmış.

Ağcabədi Rayon Prokurorluğundan APA-ya şübhəli şəxs qismində saxlanılanın olduğunu təsdiqləsələr də, onun kimliyi barədə məlumat verilməyib. 

Qeyd edək ki, fevralın 11-də Ağcabədi şəhər Ü. Hacıbəyov ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K. Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb.

K.Əhmədovanın qatili onu ütü ilə başına vuraraq öldürüb. Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?