Modern.az

“Vicdan susanda”ya pulsuzluq mane olub

 “Vicdan susanda”ya pulsuzluq mane olub

Təhsil

15 Fevral 2016, 00:33

 

Tanınmış yazıçı Vidadi Babanlı arzularını dilə gətirib. Modern.az saytı Publika.az-a istinadən xəbər verir ki, yazar yeni işıq üzü görmüş "Zəmanə adamı" adlı romanının ekranlaşdırılmasını istəyir.

"Bilirsiniz ki, mənim əsərim əsasında Şamil Mahmudbəylinin rejissorluğu ilə "Həyat bizi sınayır" adlı bədii film çəkilib. Həmin film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Ondan sonra "Vicdan susanda" adlı əsərim əsasında film çəkmək istədilər.

Tanınmış rejissor Tofiq Tağızadə filmin çəkiləcəyinə artıq qərar da vermişdi. Amma bunun üçün əsərin qısaldılmasını məsləhət gördü. Mənsə razılaşmadım. Dedim ki, film ikiseriyalı olsun. Bu da maddi imkansızlıq üzündən baş tutmadı. Çox istərdim ki, yeni əsərim əsasında film çəkilsin. Çünki yazdıqlarım həyati hadisələr üzərində qurulub və bu günlə səsləşir", -yazıçı deyib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza