Modern.az

Tovuzda 2 kiloqramlıq limon yetişdirilib- Foto

 Tovuzda 2 kiloqramlıq limon yetişdirilib- Foto

Təhsil

15 Fevral 2016, 00:58

 

Tovuzda limon ağacı bir ildə 150 kiloqramdan çox məhsul verir. Limonlardan ən böyüyünün çəkisi 2 kiloqrama çatır. Görünüşünə görə, cənub bölgəsində əkilən subtropik bitkidən tam fərqlənən və Hindistan sortu adlandırılan limon Əyyublu kəndində yetişdirilir.

Modern.az saytı xəbər verir ki, kənd sakini Cahangir Sadıqov Azərtac-a bildirib ki, limon tingini dostundan alıb və əkdikdən sonra onun 5 il bar verməsini gözləyib.

Nəhayət, kiçik ağacda böyük limonlar yetişib.

Tovuz sakini artıq 3 ildir ki, yazda çiçək açıb payızda bar verən bitkinin meyvələrini yığır. Limon bitkisi sahibinə yaxşı gəlir də gətirir.

O, böyük limonları 1-1,5 manata satır.

İstixana şəraitində yetişən subtropik bitki kənd sakinlərinin də marağına səbəb olub. Kimisi bu limonun tingini, kimisi də meyvəsini əldə etmək üçün C.Sadıqovun həyətinə üz tutur.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?