ATƏT-in Parlament Assambelyasının xüsusi nümayəndəsi, Rusiya Dövlət Dumasının deputatı Nikolay Kovalyov İnterpola analoji təşkilatın yaradılmasını təklif edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı Kovalyov ATƏT-in Parlament Assambelyasının spikeri İlkke Kanervaya məktub göndərib.
Məktubda bildirilir ki, təşkilatın funksiyalarından biri terrorçuların və onların havadarlarının həbsi, informasiyaların toplanması və şübhəli şəxslər barədə məlumatların toplanmasıdır.
Kovalyov məsələni assambleyanın iclasında qaldıracağını da deyib.
Vüqar İsmayılov