Modern.az

AYİB prezidenti: “Azərbaycanda aparılan islahatları dəstəkləyirik”

AYİB prezidenti:  “Azərbaycanda aparılan islahatları dəstəkləyirik”

Təhsil

15 Fevral 2016, 11:00


Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının  (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycandakı islahatları dəstəklədiyini vurğulayıb: “Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir”.

Bu ilin iyun ayında ölkəmizə səfər edəcəyini bildirən AYİB prezidenti Bankın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev 2016-cı ilin may ayında Londonda keçiriləcək AYİB-in növbəti illik toplantısı çərçivəsində investorlara Azərbaycanın ölkə təqdimatının keçiriləcəyini bildirib. AYİB prezidenti Suma Çakrabarti bu sahədə Azərbaycana hər cür dəstək göstəriləcəyini vurğulayıb.

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza