Rusiya Federasiyasının subyekti olan Başqırdıstan Respublikasında 2015-ci ilin miqrasiya statistikası açıqlanıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ötən il ərzində bu türk respublikasına 583 Azərbaycan vətəndaşı miqrant kimi gəlib.Bu baxımdan lider ölkələr Özbəkistan (5115 nəfər), Tacikistan (1850 nəfər), Ukrayna (1508 nəfər) və Ermənistandır (1382 nəfər). 2015-ci ildə Başqırdıstana 52 Türkiyə, 64 Gürcüstan, 52 Almaniya və 4 İsrail vətəndaşı da miqrant kimi gəlib.
Vüqar İsmayılov