Dağıstanın Mahaçqala aeroportu bir neçə yeni beynəlxalq xətt açmaq istəyir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aeroportun 3 ildən sonra istifadəyə veriləcək yeni terminalı bir neçə beynəlxalq istiqamətdə, o cümlədən Bakı ilə aviareys açmağa imkan verəcək.
Mahaçqala aeroportunun idarə rəisi Maqomed Əmirxanov “Sibir” aviaşirkəti ilə danışıqlar apararaq, Bakıya müntəzəm uçuşların həyata keçirilməsini müzarkirə etdiklərini deyib.
Bundan başqa, Türkiyənin “Pegasus” şirkəti ilə İstanbula və Dubaya reyslərin də açılması müzakirə olunub.
Hazırda Mahaçqala aerportundan yalnız bir beynəlxalq reys - Mahaçqala-Aktau reysi fəaliyyət göstərir.
Vüqar İsmayılov