Modern.az

Dərbənddə kamikadze hücumu: 2 ölü, 5 yaralı

Dərbənddə kamikadze hücumu: 2 ölü, 5 yaralı

Təhsil

15 Fevral 2016, 12:13


Dağıstanda polis postu partladılıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yol polisinin saxladığı “Lada Priora” markalı maşının partlması zamanı azı 2 nəfər ölüb.

Partlayış zamanı maşındakı kamikadze ilə birlikdə polis əməkdaşı həlak olub. Daha 5 nəfər isə xəsarət alıb.

Hadisənin Dərbədin Camikənd pöostunda baş verdiyi bildirilir.

Sonuncu dəfə dekabrın 30-da Dərbənddə terror aktı baş vermişdi. Həmin vaxt terrorçunun Dərbənd qalasında olan turistlərə atəş açması zamanı 1 nəfər ölmüş, 10 nəfər isə xəsarət almışdı.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza