Bakı Metropliteninin “Neftçilər” stansiyasının keçidlərindəki divarlarda söküntü işləri aparılır. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına deyib ki, stansiyaların keçidləri təmir olunur:
“Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, hazırda “Neftçilər” stansiyasının keçidləri təmir olunur”.
N.Paşayev həmçinin bildirib ki, “Nizami” stansiyasında qatar yolunun divarlarında mərmərlər dəyişdirilir:
“Bu stansiyada armatur həlqələr korroziyaya uğradığından üzlüklər aralanıb, düşürdü. Ona görə bərkitmə işləri aparılır. Daha sonra mərmər düzüləcək”.
Gülşən RAUFQIZI