Modern.az

Dövlət Radiotezliklər İdarəsinin rəisi işdən çıxarılıb

Dövlət Radiotezliklər İdarəsinin rəisi işdən çıxarılıb

15 Fevral 2016, 13:14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, qurumun Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov işdən çıxarılıb.

Ə. Məmmədovun adının çəkilməsini istəməyən köməkçisi "APA-Economics"ə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyəti idarənin baş mühəndisi İlham Əfəndiyevə ötürülüb.

İ. Əfəndiyev isə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyətində deyil.

Nazirliyin mətbuat xidməti də məsələyə münasibət bildirməyib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?