Modern.az

Salyanda tapılan naməlum kişi dayanmadan ağlayır

 Salyanda tapılan naməlum kişi dayanmadan ağlayır

Təhsil

15 Fevral 2016, 23:54

 

Salyanın Qızılağac kəndində şəxsiyyəti məlum olmayan naməlum kişi tapılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, kəndin ərazisində kimsəsiz qalan, təxminən 25-30 yaşlarında kişi yolun kənarından götürülərək Salyan Mərkzi Rayon Xəstəxanasına aparılıb.

Rayon Polis şöbəsi əməkdaşları kişinin şəxsiyyətini hələ ki, müəyyən edə bilməyiblər. Xəstəxanadan verilən məlumata görə, sözügedən şəxs deyilənləri başa düşsə də, onu danışdırmaq mümkün olmayıb. Kişinin yalnız gözlərindən yaş axdığı bildirilir.  

Üzərinə baxış zamanı çoxlu sayda İran pulları aşkar olunub. Onun daha çox İran vətəndaşı olduğu ehtimal edilir.   Faktla bağlı araşdırma aparılır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu