Modern.az

Azərbaycanlı gimnastlar dünya kuboku yarışlarına hazırlaşır

Azərbaycanlı gimnastlar dünya kuboku yarışlarına hazırlaşır

16 Fevral 2016, 09:39


Azərbaycan gimnastlarının məşqlərə ciddi yanaşması və inamlı çalışmaları böyük turnirlərdə öz bəhrəsini verəcək.

Bu sözləri AzərTAc -a müsahibəsində Bakıda idman gimnastikası üzrə ilk dəfə start götürəcək FIG Dünya “Challenge” Kuboku yarışları ərəfəsində Azərbaycan gimnastı Petro Paxnyuk deyib.

“Biz yarışlara yorulmaq bilmədən var gücümüzlə hazırlaşırıq. Günümüzü idman zalında keçiririk. Necə çalışmışıqsa, o nəticəni də əldə edəcəyik”, - deyə P.Paxnyuk bildirib.

O, deyib: “Dünya Kuboku 2016-cı ilin ilk böyük turniridir. Mövsümün bu ilk yarışı çox böyük məsuliyyət tələb edir, çünki yarışa Azərbaycan ev sahibliyi edəcək. Bundan sonra isə mərhələlərlə Olimpiadaya hazırlaşacağıq. Ölkədə keçiriləcək Dünya Kubokundan sonra mart ayında Qətərdə, apreldə isə Rio-de-Janeyroda lisenziyaların oynanılacağı Test Turniri keçiriləcək",

O qeyd edib ki, Milli Gimnastika Arenası yarışlara tam hazırdır: “Arena Dünya Kubokuna hələ yarışlara iki həftə qalmış hazır idi. Turnirə çox güclü gimnastlar qatılacaq. Yaponiyadan, İsraildən yüksək səviyyəli gimnastlar gələcək. Ukrayna stabil olaraq yaxşı idmançılarla iştirak edir, bir sözlə rəqabət ciddi olacaq”.

Xatırladaq ki, idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku mərhələsi fevralın 19-dan 21-dək Bakıda Milli Gimnastika Arenasında baş tutacaq. Medallar uğrunda 19 ölkədən idmançılar mübarizə aparacaq.

Modern.az 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu