Modern.az

Beyləqanda DƏHŞƏT: Ata 6 yaşlı oğlunun başını kəsdi

Beyləqanda DƏHŞƏT: Ata 6 yaşlı oğlunun başını kəsdi

16 Fevral 2016, 10:12

Beyləqanda dəhşətli qətl törədilib 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.  

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.  

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.  

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu