Modern.az

Qaraçuxur 3 gündür susuz qalıb - AÇIQLAMA

Qaraçuxur 3 gündür susuz qalıb - AÇIQLAMA

16 Fevral 2016, 12:46

14 fevraldan etibarən Suraxanı rayonunun bir neçə qəsəbəsində, o cümlədən “Yeni Günəşli”, Qaraçuxurda su yoxdur. Sakinlər 3 gündür ki, susuzluqdan əziyyət çəkir.

Qeyd edək ki, sözügedən əraziyə suyun verilişi gün ərzində iki dəfə, fasilələrlədir. Yəni, səhər saat 07:00-dan 09:00-a və axşam saat 19:00-dan 21:00-a əhali su ilə təmin olunur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az saytına problemin bu gün aradan qaldırılacağını deyib:

“Əraziyə gedən su xətti yenisi ilə əvəzlənir.Bu səbəbdən də suyun verilişində fasilə yaranıb. Artıq işlər yekunlaşmaq üzrədir. Axşam saatlarında əhali su ilə təmin olunacaq”.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu